Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Müdafiə olunan şəxsin iştirak etdiyi hallarda məhkəmə baxışının qapalı keçirilməsi

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müdafiə olunan şəxslərin təhlükəsizliyi tələb etdiyi hallarda məhkəmənin (hakimin) qərarı ilə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qapalı məhkəmə baxışına yol verilir. Müttəhimin iştirakı olmadan həmin şəxslərin dindirilməsi üçün məhkəmə (hakim) bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin əsaslar ilə bir müttəhimin digərindən ayrı dindirilməsinə yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver