Cinayət işinin istintaqı və ya məhkəmə icraatında olan cinayət işi ilə əlaqədar olaraq həbsxanada və ya istintaq təcridxanasında saxlanılan və ya azadlıqdan məhrumetmə yerlərində cəza çəkən müdafiə olunan şəxslərin təhlükəsizliyinə bu Qanunun müddəaları şamil edilir. Həmin şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmçinin aşağıdakı tədbirlərin həyata keçirilməsinə yol verilir:
1) bir istintaq təcridxanasından və ya cəzaçəkmə müəssisəsindən digərinə köçürmə;
2) ayrılıqda və ya birnəfərlik kamerada saxlama;
3) Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qəti imkan tədbirini dəyişdirmə.
III fəsil
Müdafİə olunan şəxslər barəsİndə təhlükəsİzlİk tədbİrlərİnİn tətbİq və ləğv edİlməsİ