Cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək etməsi ilə əlaqədar olaraq müdafiə olunan şəxs həlak olduqda, onun hər bir ailə üzvünə, habelə himayəsində olan şəxsə təhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul etmiş orqanın qərarı ilə dövlət büdcəsinin hesabına yüz on manat miqdarında birdəfəlik müavinət ödənilir.
Cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək etməsi ilə əlaqədar olaraq müdafiə olunan şəxs bədən xəsarəti aldıqda, əlilliyi olan şəxs olduqda ona təhlükəsizlik tədbirlərinin tətbiqi barədə qərar qəbul etmiş orqanın qərarı ilə dövlət büdcəsinin hesabına əlli beş manat miqdarında birdəfəlik müavinət ödənilir. Yuxarıda göstərilən səbəblərdən müdafiə olunan şəxsin əmlakına dəymiş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Bu maddədə nəzərdə tutulan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.