Səlahiyyətli dövlət orqanları tərəfindən barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş şəxs, müdafiə olunan şəxs adlanır.
Müdafiə olunan şəxslər aşağıdakılardır:
1) hüquq-mühafizə orqanlarına cinayət haqqında məlumat vermiş və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya açılmasında iştirak etmiş şəxs;
2) cinayət işi üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və nümayəndəsi, xüsusi ittihamçı və onun nümayəndəsi
3) şübhəli və ya təqsirləndirilən şəxs, onların müdafiəçiləri və qanuni nümayəndələri;
4) mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və nümayəndələri;
5) şahidlər;
6) ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri.
Müdafiə olunan şəxslərə təzyiq göstərmək məqsədilə onların yaxın qohumlarına təsir göstərildiyi hallarda təhlükəsizlik tədbirləri müdafiə olunan şəxslərin yaxın qohumları barəsində də tətbiq edilə bilər.