Qanunvericilik › Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə

Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Zəruri hallarda təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxslərin şəxsi mühafizəsi, mənzilinin və əmlakının mühafizəsi üçün təhlükəsizlik tədbirləri tətbiq edilir.

Müdafiə olunan şəxslərin razılığı ilə onların mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər, onların istifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver