QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 112

Maddə 112. Prokurora etiraz

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

112.1. Prokurora etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:

112.2. Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir.

112.3. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa)mövcud olduqda, prokuror özü-özünə etiraz etməlidir.

112.4. Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər:

112.4.1. cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror;

112.4.2. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılması zamanı - məhkəmə iclasında sədrlik edən;

112.4.3. məhkəmədə cinayət işinə hakimlər kollegiyası tərkibində baxılması zamanı — hakimlər kollegiyası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver