QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 116

Maddə 116. Məhkəmə iclasının katibinə etiraz

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

116.1. Məhkəmə iclasının katibi bu Məcəllənin 109.1.3—109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə o, qanuna və ya məhkəmənin hökmünə əsasən məhkəmə iclasının katibi olmağa haqlı deyilsə, cinayət prosesində məhkəmə iclasının katibi qismində iştirak edə bilməz.

116.2. Şəxsin məhkəmə iclasında məhkəmə iclasının katibi qismində əvvəlki iştirakı onun sonrakı məhkəmə iclaslarında həmin qisimdə iştirakını istisna etmir.

116.3. Məhkəmə iclasının katibinə etiraz aşağıdakı kimi həll edilir:

116.3.1. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

116.3.2. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver