133-
3.1. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür. 133-
3.2. Bu Məcəllənin 133-3.1-ci maddəsində nəzərdə tutulan elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 (doxsan Maddə 133-3. Elektron verilənlərin … in elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 (doxsan) gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür. 133-
3.3. Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.