QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 152

Maddə 152. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tutulma

152.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkumun tutulması bu Məcəllənin 519.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin qərarına əsasən həyata keçirilir. Məhkumun tutulması barədə məhkəmə qərarının çıxarılması üçün aşağıdakı hallarda cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti əsasında müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müvafiq təqdimat verilir:

152.1.1. məhkum olunmuş şəxs qaçıb gizləndikdə və ya müvafiq müəssisəyə, yaxud orqana gəlməkdən boyun qaçırmaq cəhdləri olduqda;

152.1.2. məhkum olunmuş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda.

152.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti ol Maddə 152. Hökmün və ya məhkəmənin … rının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə tutulma barədə qərar çıxararkən, məhkəmə tutulma vaxtını şəxsin tutulduğu andan 7 (yeddi) gün müddətində müəyyən edir.

152.3. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə şəxsin tutulması barədə məhkəmənin qərarı icra olunması üçün məhkumun yaşadığı ərazi üzrə polis orqanına göndərilir. Tutulma haqqında qərarı icra etmiş orqan icra barədə dərhal məhkəməyə məlumat verir.

152.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə şəxsin tutulması məhkəmə tərəfindən müəyyən olunmuş müddətdən artıq davam edə bilməz. Bu müddətdə tutulmuş şəxs məhkəməyə gətirilməli, məhkəmə bu Məcəllənin 519.1-ci maddəsində nəzərdə tutulmuş qaydada işə təxirə salınmadan baxmalı, hökmün və ya məhkəmənin digər yekun qərarının icras Maddə 152. Hökmün və ya məhkəmənin … məhkəmə bu Məcəllənin 519.1-ci maddəsində nəzərdə tutulmuş qaydada işə təxirə salınmadan baxmalı, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra edilməsi və ya məhkumun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver