QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 157

Maddə 157. Həbs

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

157.1. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.

157.2. Həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1—155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər.

157.3. Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir).

157.4. Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə ittiham olunan şəxslərin ayrılıqda saxlanılması, təqsirləndirilən şəxsin digər həbs olunmuş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə həbs olunmuş şəxslərin saxlanılması qaydalarına zidd olmayan digər məsələlər barədə istintaq təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər.

157.5. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya uzadılması məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə, onun barəsində müdafiə tərəfinin vəsatəti və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir.

157.6. Həbsin qətimkan tədbiri qismində Maddə 157. Həbs … z təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir.

157.6. Həbsin qətimkan tədbiri qismində seçilməsi və ya seçilməsindən imtina edilməsi barədə məhkəmənin qərarından cinayət prosesinin tərəfləri apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair qərarı qətidir.

157.7. Həbsin qətimkan tədbiri qismində seçilməsi barədə qərar çıxarmış məhkəmə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən bu qərarı vaxtından əvvəl dəyişməyə və ya ləğv etməyə haqlıdır.

157.8. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər:

157.8.1. təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda;

157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver