QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 159

Maddə 159. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

159.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər.

159.3. Bu Məcəllənin 159.1-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edən müstəntiq həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama Maddə 159. Cinayət işi üzrə məhkəməyədək … prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir. 159.3-1. Bu Məcəllənin 159.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 8 (səkkiz) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış vəsatəti təqdimat verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavininə göndərir. Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini təqsirləndirilən ş Maddə 159. Cinayət işi üzrə məhkəməyədək … i prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

159.4. Həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edərkən həbsin ev dustaqlığı ilə əvəz edilməsi, habelə girov qoyulmaqla təqsirləndirilən şəxsin azad edilməsinin mümkünlüyü və girovun məbləğinin müəyyən edilməsi hüququ məhkəmədə saxlanılır.

159.5. Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə qərar qəbul edərkən, məhkəmə həbsdə saxlanılmanın sonrakı müddətini bu Məcəllənin 159.1 və 159.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə müəyyən edir.

159.6. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir.

159.7. Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin Maddə 159. Cinayət işi üzrə məhkəməyədək … Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir.

159.7. Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz:

159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay;

159.7.2. az ağır cinayətlər üzrə — 7 (yeddi) ay;

159.7.3. ağır cinayətlər üzrə — 10 (on) ay;

159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 13 (on üç) ay.

159.8. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti bu Məcəllənin 159.8-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır və ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə 6 (altı) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 159.8-1. Bu Məcəllənin 159.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddətinin uzadılması barədə həbsdə saxlama müddətinin keçməsinə ən geci 10 (on) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə raz Maddə 159. Cinayət işi üzrə məhkəməyədək …. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 8 (səkkiz) gün qalmış vəsatəti Azərbaycan Respublikası Baş prokuroruna və ya onun birinci müavininə müraciət edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə təqdim edir. Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış təqdimatın verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroruna və ya onun birinci müavininə müraciət edir. Azərbaycan Respublikası Baş prokuroru və ya onun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməs Maddə 159. Cinayət işi üzrə məhkəməyədək … r. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir.

159.9. Bu Məcəllənin 158.2.4-cü maddəsində nəzərdə tutulan hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının 159.7-ci maddədə göstərilən son müddəti keçdikdə və ibtidai araşdırmanın davam etdirilməsi zərurəti olduqda həbsdə saxlanılma müddəti 6 (altı) aydan çox olmayan müddətə bu Məcəllənin 159.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən uzadıla bilər.

159.10. Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər.

159.11. Bu Məcəllənin 159.3, 159.3-1 və 159.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılarkən bu Məcəllənin 292.1-1-ci maddəsində göstərilmiş müddət nəzərə alınmalıdır. Maddə 159. Cinayət işi üzrə məhkəməyədək … rə alınmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver