QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 16

Maddə 16. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.

16.2. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların, habelə xidmət provayderində saxlanılan digər məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) ələ keçirilməsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver