QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 162

Maddə 162. Şəxsin həbsdən azad edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

162.1. Şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:

162.1.1. təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə;

162.1.2. məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda;

162.1.3. şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə.

162.2. Təqsirləndirilən şəxs müstəntiqin və ya prokurorun cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən də həbsdən azad edilir.

162.3. Bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır.

162.4. Həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surəti alındıqda, şəxs həbs yerinin rəisi tərəfindən dərhal həbsdən azad edilir.

162.5. Cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbs yerinin rəisi müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi həbsdən dərhal azad edir:

162.5.1. məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;

162.5.2. bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda və həmin müddət Maddə 162. Şəxsin həbsdən azad edilməsi … və bu müddət uzadılmadıqda;

162.5.2. bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda və həmin müddət bu Məcəllənin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda; 165.5.2-1. bu Məcəllənin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;

162.5.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.

162.6. Şəxs həbsdən azad edildikdən sonra cinayət prosesini həyata keçirən orqana yeni əhəmiyyətli hallar məlum olduğu və ya haqqında seçilmiş qətimkan tədbiri şərtlərinin pozulduğu hallar istisna olmaqla, həbsdən azad olunmuş şəxs həmin ittiham üzrə yenidən həbs edilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver