QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 164

Maddə 164. Girov

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

164.1. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ( sənədli qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər.

164.2. Girov qətimkan tədbiri məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Girov qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girov qətimkan tədbirinin seçilməsini mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir.

164.3. Girovun qoyulması həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür.

164.4. Bu Məcəllənin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qətimkan tədbirinin tətbiq edilməsini qeyri-mümkün hesab edə bilər.

164.5. Mə Maddə 164. Girov … ı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qətimkan tədbirinin tətbiq edilməsini qeyri-mümkün hesab edə bilər.

164.5. Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməli, lakin onun məbləği, bu Məcəllənin 164.5-1-ci maddəsi nəzərə alınmaqla, aşağıdakılardan az olmamalıdır:

164.5.1. böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat miqdarından;

164.5.2. az ağır və ya ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat miqdarından. 164.5-1. Girovun məbləği cinayət nəticəsində vurulmuş ziyandan və ya onun ödənilməmiş hissəsindən artıq olmalıdır.

164.6. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında girovun qətimkan tədbiri qismində tətbiq olunması məsələsini həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq olunması və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.

164.7. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini girovla əvəz etdikdə, girovun müəyyən edilmiş məbləği dövlət bankında məhkəmənin depozitinə köçürülməyənədək təqsirləndirilən şəxs həbsdə saxlanılır. Cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi Maddə 164. Girov … vun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi barədə həbs yerinin rəisinə məlumat verir.

164.8. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror girovun dövlət nəfinə keçirilməsi barədə təqdimatla məhkəməyə müraciət edir. Girov qoyan bu girovun dövlətin nəfinə keçirilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilər.

164.9. Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra, habelə bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş pozuntuların sübut olunmadığı və ya girov qətimkan tədbirinin ləğv edildiyi, yaxud dəyişdirildiyi bütün hallarda girov onu qoymuş şəxsə qaytarılmalıdır. Girovun qaytarılması barədə qərar məhkəmə tərəfindən hökmlə və ya qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ləğv edilməsi barədə qərarla bir vaxtda çıxarılır.

164.10. Bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş halda girovun dövlət nəfinə keçirilməsi ilə eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə girovu həbslə əvəz edir. Maddə 164. Girov … dir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver