QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 194

Maddə 194. Xüsusi ittihamçının nümayəndəsinin , ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin, habelə cinsi istismarın və ya cinsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Maddə 194. Xüsusi ittihamçının nümayəndəsinin, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin, habelə cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa və məişət zorakılığından zərər çəkmiş şəxsə xidmət göstərən vəkilin hüquqi yardımının dövlət hesabına ödənilməsi

194.1. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibindən imtina etdikdə, xüsusi ittihamçıya cinayət təqibini davam etdirmək üçün nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi qaydası məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin cinayət təqibi üzrə ittiham hökmü çıxarıldıqda xüsusi ittihamçının nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımı ödəmək üçün xüsusi ittihamçının kifayət qədər vəsaiti olmadıqda, məhkəmə ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. 194.1-1. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. 194.1-2. Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara bu Məcəllənin 123-2.1.5-ci maddəsinə uyğun olaraq göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edili Maddə 194. Xüsusi ittihamçının nümayəndəsinin … ənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. 194.1-3. Məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, “ Vəkillər və vəkillik fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.

194.2. Vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver