197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:
197.1.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ;
197.1.2. zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ;
197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ;
197.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği; 197.1.5-1. ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə ödənilməli olan haqqın məbləği; 197.1.5-2. cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara bu Məcəllənin 123-2.1.5-ci maddəsinə uyğun olaraq pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği; 197.1.5-3. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği;
197.1.6. maddi sübutların saxlanması, göndərilməsi və tədqiqi üçün çəkilmiş xərclərin məbləği;
197.1.7. cinayət işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə Maddə 197. Məhkəmə məsrəfləri … işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə çəkilmiş xərclərin məbləği;
197.1.8. cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləği;
197.1.9. Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği.
197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir.