QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 200

Maddə 200. Dövlət sirrinin qorunması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

200.1. Cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

200.2. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

200.3. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu ona etibar edilmiş dövlət sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq dövlət orqanının rəhbərinə yazılı məlumat verməlidir.

200.4. Dövlət sirrini özündə əks etdirən məlumatlarla bağlı cinayət işlərinin icraatı bu cür məlumatların yayılmaması barədə öhdəlik götürmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarl Maddə 200. Dövlət sirrinin qorunması … türmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə “ Dövlət sirri haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Dövlət sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

200.5. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver