QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 213

Maddə 213. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

213.1. Aşağıdakı hallarda təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər:

213.1.1. həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda;

213.1.2. cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə.

213.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı yalnız həmin cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə, cinayət işinin başlanması haqqında məsələnin həll edilməsi üçün isə cinayətin törədildiyi yer üzrə yoxlama hərəkətlərinin aparılması zərurəti olduqda, istintaq aidiyyəti üzrə göndərə bilər.

213.3. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xüsusi ittiham qaydasında təqib edilən cinayətlər haqqında zərər çəkmiş şəxslərin şikayətlərini məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərməlidir.

213.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir.

213.5. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilm Maddə 213. Cinayət haqqında məlumatın istintaq … 7, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir.

213.5. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. XXVI fəsil İbtidai araşdırmanın ümumi şərtləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver