QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 217

Maddə 217. İbtidai araşdırmanın başlanması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

217.1. İbtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.

217.2. Cinayət işinin başlanmasından sonra müstəntiq və ya təhqiqatçı bu Məcəllənin 85 və 86-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişinə əsasən onu öz icraatına qəbul edir və müvafiq qərar çıxarmaqla iş üzrə ibtidai araşdırmaya başlayır. Cinayət işi eyni müstəntiq və ya təhqiqatçı tərəfindən başlandıqda və onlar tərəfindən öz icraatına qəbul edildikdə cinayət işinin başlanması və onun öz icraatına qəbul edilməsi haqqında vahid qərar tərtib edilir.

217.3. Bu Məcəllənin 217.1-ci maddəsində göstərilən qərar çıxarıldıqdan sonra onun, habelə işin icraata qəbul edilməsi haqqında qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver