QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 225

Maddə 225. İttihamın dəyişdirilməsi və ona əlavələr edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

225.1. İbtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir.

225.2. İbtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə, müstəntiq öz qərarı ilə ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verir, onu təqsirləndirilən şəxsə elan edir və qərarın surətini ona təqdim edir. XXVIII fəsil Dindirmə və üzləşdirmə

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver