QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 242

Maddə 242. Axtarış və ya götürmənin aparılması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

242.1. Əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər.

242.2. Axtarış, həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər.

242.3. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər.

242.4. Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda və elektron verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver