QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 27

Maddə 27. Cinayət mühakimə icraatının aşkarlığı

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır.

27.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının məhkəmələrində cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsinin qiyabi aparılmasına yol verilmir.

27.3. Bütün hallarda cinayət mühakimə icraatı zamanı qəbul olunmuş məhkəmə qərarları açıq elan olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver