QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 272

Maddə 272. Ekspertin dindirilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

272.1. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək hüququna malikdir.

272.2. Ekspertin çağırılması və dindirilməsi bu Məcəllənin 54-1 – 54-4, 227 və 230-cu maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq aparılır.

272.3. Ekspert rəy təqdim edənədək onun dindirilməsi yolverilməzdir. XXXVI fəsil Tədqiqat üçün nümunələrin götürülməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver