QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 289

Maddə 289. İttiham aktı

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

289.1. Bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir.

289.2. İttiham aktının giriş hissəsində aşağıdakılar göstərilir:

289.2.1. ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer;

289.2.2. ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi;

289.2.3. barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi).

289.3. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:

289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar;

289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar;

289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar;

289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar;

289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar;

289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar.

289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəs Maddə 289. İttiham aktı … ğırlaşdıran və yüngülləşdirən hallar.

289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir.

289.5. İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir.

289.6. Müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır.

289.7. İttiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir.

289.8. İttiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir:

289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə;

289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə;

289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə;

289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə;

289.8.5. məhkəmə xərcləri barədə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver