QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 295

Maddə 295. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılma qaydası

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

295.1. Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 (on) gün müddətində aparılır.

295.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı təhqiqatçı məhkəmə baxışının hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək üçün zərər çəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, şahidləri və digər şəxsləri dindirməklə, habelə zəruri arayışlar tələb etməklə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi hallarını, onu törədənin şəxsiyyətini və zəruri olan digər halları müəyyən edir.

295.3. Bu Məcəllənin 295.2-ci maddəsində göstərilənlər məhkəmə baxışının aparılması üçün kifayət etmədikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı zəruri sübutların toplanılması məqsədi ilə təhqiqatçı şikayətin daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddətində bu Məcəllənin 86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz istintaq hərəkətlərini apara bilər.

295.4. Bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri təhqiqatçı tərəfindən həmçinin aşağıdakı hallarda aparıla bilər:

295.4.1. özləri şəxsən zəruri sübutları təqdim edə bilmədikd Maddə 295. Böyük ictimai təhlükə törətməyən … muş istintaq hərəkətləri təhqiqatçı tərəfindən həmçinin aşağıdakı hallarda aparıla bilər:

295.4.1. özləri şəxsən zəruri sübutları təqdim edə bilmədikdə və ya onlar haqqında məlumat verə bilmədikdə, şikayət vermiş şəxsin, onun qanuni nümayəndəsinin və ya nümayəndəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və onun müdafiəçisinin vəsatəti üzrə;

295.4.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişi ilə.

295.5. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadәlәşdirilmiş icraat zamanı istintaq hərəkətlərini apararkən təhqiqatçı bu Məcəllənin müvafiq istintaq hərəkətlərinin aparılma qaydasını nəzərdə tutan maddələrinin tələblərini rəhbər tutmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver