prokurorun hərəkətləri
297.0. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ona daxil olduqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
297.0.1. daxil olmuş materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamaq;
297.0.2. toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etmək və bütün materialları məhkəməyə göndərmək və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş yekun protokolu “ Elektron məhkəmə ” informasiya sisteminə yerləşdirmək;
297.0.3. toplanılmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadıqda və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında qərar çıxarmaq və ibtidai istintaqın aparılmasını müvafiq istintaq Maddə 297. Böyük ictimai təhlükə törətməyən … k sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında qərar çıxarmaq və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq;
297.0.4. cinayət təqibini istisna edən hallar mövcud olduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmaq;
297.0.5. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ilə tanış olmuş şəxslərə özünün çıxardığı qərar haqqında məlumat vermək. Səkkizinci bölmə Birinci instansiya məhkəməsində icraat XL fəsil Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında şikayətlərə ilkin baxılması