301.1. Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir:
301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda;
301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə;
301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda.
301.2. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
301.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
301.2.2. məhkəmənin adı və tərkibi (hər bir hakimin adı, soyadı və atasının adı);
301.2.3. təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı;
301.2.4. təqsirləndirilən şəxsə istinad edilən cinayət qanununun maddəsi üzrə tövsifi;
301.2.5. qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ləğv edilməsi, dəyişdirilməsi və ya seçilməsi və vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün tədbirlər görülməsi haqqında qərar;
301.2.6. cinayət proses iştirakçılarının etirazlarının, vəsatətlərinin və digər ərizələrinin həlli;
301.2.7. məhkəmənin tərkibi haqqında;
301.2.8. təqsirləndirilən şəxs tərəfindən seçilmiş şəxsin m Maddə 301. Məhkəmə baxışının təyin …, vəsatətlərinin və digər ərizələrinin həlli;
301.2.7. məhkəmənin tərkibi haqqında;
301.2.8. təqsirləndirilən şəxs tərəfindən seçilmiş şəxsin müdafiəçi qismində işə buraxılması və ya təqsirləndirilən şəxsə müdafiəçinin təyin edilməsi;
301.2.9. məhkəmə baxışı zamanı məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı;
301.2.10. bu Məcəllənin 51-4-cü və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasının əsaslandırılması;
301.2.11. məhkəmə baxışının yeri və vaxtı haqqında məlumatlar;
301.2.12. bu Məcəllədə nəzərdə tutulmuş hallarda işə qapalı məhkəmə iclasında baxılmasının əsaslandırılması;
301.2.13. cinayət mühakimə icraatının dilinin seçilməsi.
301.3. Xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda bu Məcəllənin 301.2.1—301.2.4, 301.2.6—301.2.12-ci maddələrində göstərilən müvafiq müddəalar əks etdirilməlidir.
301.4. Məhkəmə baxışı aşağıdakı müddətlərdə təyin edilməlidir:
301.4.1. cinayət işinə baxılması üçün—məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 15 (on beş) gündən artıq olmayan müddətdə;
301.4.2. məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması üçün-məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 7 (yeddi) gündən artıq olmayan müddətdə.
301.5. Məhkəmə baxışı təyin edildikdən sonra məhkəmə iclasında sədrlik edən məhkəmə iclaslarının təşkili üzrə tədbirlərin görülməsi üçün məhkəmə ap Maddə 301. Məhkəmə baxışının təyin … ə.
301.5. Məhkəmə baxışı təyin edildikdən sonra məhkəmə iclasında sədrlik edən məhkəmə iclaslarının təşkili üzrə tədbirlərin görülməsi üçün məhkəmə aparatına zəruri göstərişlər verir. Məhkəmə baxışında iştirakı nəzərdə tutulmuş şəxslər bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində göstərilmiş qaydalara uyğun olaraq məhkəmə iclasına çağırılırlar.