321.1. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır.
321.2. Müşavirə otağında ayrıca sənədlər şәklindә tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır:
321.2.1. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə;
321.2.2. qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə;
321.2.3. etirazlar barədə;
321.2.4. ekspertizanın təyin edilməsi barədə.
321.3. Məhkəmə baxışı zamanı qəbul edilən bütün digər qərarlar məhkəmənin mülahizəsinə görə hakimlərin müşavirəsindən sonra məhkəmə iclasının protokoluna daxil edilməklə yerində çıxarıla bilər.
321.4. Məhkəmə tərəfindən məhkəmə baxışı zamanı çıxarılmış qərarlar dərhal elan edilməlidir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin qərarlar elan edildikdən dərhal sonra qüvvəyə minir. XLII fəsil Məhkəmə baxışının açılışı