330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir.
330.2. Məhkəmə iclasında zərər çəkmiş şəxs şahidlərin dindirilməsindən və digər sübutların tədqiq edilməsindən əvvəl dindirilir. Yalnız təqsirləndirilən şəxsin dindirilməsi istisna təşkil edə bilər.
330.3. İttihamı müdafiə edən zərər çəkmiş şəxsi əvvəl ittiham tərəfi, sonra müdafiə tərəfi və daha sonra məhkəmə dindirir.
330.4. Cinayət prosesinin tərəfləri etiraz etmədiyi halda məhkəmə zərər çəkmiş şəxsin vəsatəti əsasında ona dindirildikdən sonra məhkəmənin iclas zalını tərk etməyə icazə verə bilər.
330.6. Uşaqların dindirilməsi bu Məcəllənin 123-2-ci və 228-ci maddələrində nəzərdə tutulmuş qaydada aparılır.