QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 343

Maddə 343. İttihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin təklifləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

343.1. Təqsirləndirilən şəxsin son sözü qurtardıqdan sonra, məhkəmə müşavirə otağına gedənədək cinayət prosesinin tərəfləri məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilərlər.

343.2. Cinayət prosesi tərəflərindən biri yekun məhkəmə qərarının layihəsi barədə təklif verdikdə, o, həmin layihəni cinayət prosesinin digər tərəfinə də verməlidir. XLV fəsil Yekun məhkəmə qərarının çıxarılması

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver