QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 345

Maddə 345. Hakimlərin müşavirəsinin gizliliyi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

345.1. Məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması ilə bağlı məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilir (hakim tərəfindən baxılır).

345.2. Müşavirə otağında yalnız müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimləri ola bilərlər. Yekun məhkəmə qərarının məhkəmə tərəfindən müzakirə edilməsi (hakim tərəfindən baxılması) və çıxarılması zamanı müşavirə otağında digər şəxslərin olması qəti qadağandır.

345.3. Aşağıdakı hallarda hakimlər müşavirə otağında olmalarına fasilə verə bilərlər:

345.3.1. nahar etmək zərurəti olduqda;

345.3.2. iş günü başa çatdıqda;

345.3.3. istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə.

345.4. Hakimlər müşavirə zamanı məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı müzakirə edilərkən və çıxarılarkən söylənilən mülahizələri yaya bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver