QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 381

Maddə 381. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

381.1. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr:

381.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;

381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla rayon (şəhər) məhkəmələri tərəfındən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət kollegiyasına;

381.2.3. hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə müvafiq apellyasiya məhkəməsinin cinayət kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;

381.2.4. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına;

381.2.5. ağır cinayətlər məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət kollegiyasına;

381.2.6. ləğv edilmişdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver