415. 1. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir: 415.
1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; 415.
1.2. həmin şəxs müvafiq olaraq kassasiya şikayətini və ya kassasiya protestini yazılı şəkildə təqdim etmədikdə;
415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə; 415.
1.4. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protestinə onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə.
415.2. Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində Maddə 415. Kassasiya şikayətinin və ya kassasiya protestinin … ilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər.