435-
2.1. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsi göstərilən müəssisənin müdiriyyətinin və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən aşağıdakı məsələləri həll edir: 435-
2.1.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə islah olunması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yetkinlik yaşına çatmayan şəxsin digər xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi haqqında; 435-
2.1.2. yetkinlik yaşına çatmayan şəxsin islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında; 435-
2.1.3. yetkinlik yaşına çatmayan şəxsin təhsil pillələrindən birinin başa çatdırılması zərurəti yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında. 435-
2.2. Təqdimata yetkinlik yaşına çatmayan şəxsin, onun müdafiəçisinin, valideynlərinin və ya digər qanuni nümayəndələrinin, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyətinin və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələrinin və dövlət ittihamçısının iştirakı ilə bu Məcəllənin 435-1.3-435-1.7-ci maddəsində müəyyən edilmiş qaydada baxılır. LI fəsil Beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan şəxslər barəsində icraa Maddə 435-2. Yetkinlik yaşına çatmayan şəxsin … maddəsində müəyyən edilmiş qaydada baxılır. LI fəsil Beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan şəxslər barəsində icraatın xüsusiyyətləri