QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 438

Maddə 438. Şəxsi toxunulmazlıq

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

438.1. Bu Məcəllənin 437.0.1—437.0.4, 437.0.6—437.0.8-ci maddələrində sadalanmış şəxslər şəxsi toxunulmazlıq hüququna malikdirlər. Onlar barəsində qanuni qüvvəyə minmiş hökmün icrası üçün zəruri olan hallar istisna olmaqla, həmin şəxslər saxlanıla və ya həbs edilə bilməzlər.

438.2. Konsulluqların rəhbərləri və konsulluğun digər vəzifəli şəxsləri yalnız onlar ağır və xüsusilə ağır cinayətin törədilməsinə görə təqib edildikdə, yaxud barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü icra edildikdə saxlanıla və həbs edilə bilərlər.

438.3. Bu Məcəllənin 438.1 və 438.2-ci maddələrində göstərilən şəxsləri müvafiq olaraq saxlamış və ya həbs etmiş ibtidai araşdırma orqanı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver