QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 451

Maddə 451. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hakimin qərarı

451.1. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır:

451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə;

451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə.

451.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarında aşağıdakılar göstərilməlidir:

451.2.1. qərarın tərtib edildiyi vaxt və yer;

451.2.2. hakimin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.3. şikayət vermiş şəxsin soyadı, adı və atasının adı;

451.2.4. hərəkətindən və ya qərarından şikayət verilən şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.5. məhkəmə iclasında iştirak edən prokurorun soyadı, adı və atasının adı, vəzifəsi;

451.2.6. verilmiş şikayətin mahiyyəti;

451.2.7. hakim tərəfindən qəbul edilmiş qərarın motivlərinin əsaslandırılması, belə qərarın qəbul edilməsi ilə əlaqədar qeyd edilməli olan digər mühüm hallar;

451.2.8. hakimin qərarının icra edilməsi həvalə edilən vəzifəli şəxs və ya orqan;

451.2.9. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.

451.3. Şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edi Maddə 451. Cinayət prosesini həyata keçirən … vəzifəli şəxs və ya orqan;

451.2.9. məhkəmənin möhürü ilə təsdiq edilmiş hakimin imzası.

451.3. Şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən aşağıdakılar yerinə yetirilir:

451.3.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür;

451.3.2. şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll edir;

451.3.3. şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir.

451.4. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:

451.4.1. şikayəti vermiş şəxsə;

451.4.2. hərəkətindən və ya qərarından şikayət verilən şəxsə;

451.4.3. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya yuxarı prokurora, habelə şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbərinə. Maddə 451. Cinayət prosesini həyata keçirən … arşı tabeçilik qaydasında yuxarı orqanın rəhbərinə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver