455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
455.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi;
455.0.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi.