QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 460

Maddə 460. Məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar

460.0. Bu məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktlarına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:

460.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan normativ hüquqi akt əsasında birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarının, habelə əlavə kassasiya qaydasında çıxarılmış qərarın tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;

460.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;

460.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarı Maddə 460. Məhkəmənin tətbiq etdiyi normativ … i barədə;

460.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;

460.0.4. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin aktlarının, yaxud əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə. LIV fəsil Yeni açılmış hallar üzrə icraat

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver