467-
3.0. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakılar müəyyən edilməlidir: 467-
3.0.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi; 467-
3.0.2. həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsi; 467-
3.0.3. şəxsin əməlində başqa cinayət tərkibinin olmaması; 467-
3.0.4. şəxsin narkomaniya xəstəliyinə düçar olması; 467-
3.0.5. şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məcburi müalicə tətbiq edilməyən narkomaniya xəstəliyinə düçar olmuş şəxslər kateqoriyasına daxil olmaması.