QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 48

Maddə 48. Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

48.1. Cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki:

48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun;

48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.

48.2. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki:

48.2.1. haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin;

48.2.2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;

48.2.3. məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında şikayətə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın.

48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə icraat Maddə 48. Cinayət təqibi üzrə icraatın tezliyinin … tulmuş müddətlərdə baxılmağa başlansın.

48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət bu Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə daxil deyildir.

48.4. Şəxs cinayət işi üzrə məhkəməyədək icraatda bu Məcəllənin 158 və 159-cu maddələrində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir. Kompensasiya cinayət işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver