QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 480

Maddə 480. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

materialların məhkəməyədək hazırlığı

480.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə materialların məhkəməyədək hazırlığı ibtidai istintaq şəklində aparılır.

480.2. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda hadisədən sonra psixi xəstəliyə tutulmuş şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi iştirak edə bilərlər.

480.3. Psixi xəstəliyə tutulmuş şəxs səhhətinin vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda iştirak edə bilmədikdə, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bu barədə protokol tərtib etməlidirlər.

480.4. Toplanmış sübutları kifayət hesab etdikdə, müstəntiq aşağıdakı qərarlardan birini çıxarır:

480.4.1. iş üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında məsələnin həll edilməsi məqsədi ilə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək;

480.4.2. cinayət işi üzrə icraata xitam vermək.

480.5. Bu Məcəllənin 480.4-cü maddəsində göstərilən materiall Maddə 480. Cinayət törətdikdən sonra psixi xəstəliyə … liyi həyata keçirən prokurora göndərmək;

480.4.2. cinayət işi üzrə icraata xitam vermək.

480.5. Bu Məcəllənin 480.4-cü maddəsində göstərilən materialları aldıqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul edir:

480.5.1. tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında müstəntiqin qərarını təsdiq edir, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş həmin qərarı “ Elektron məhkəmə ” informasiya sisteminə yerləşdirir, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda icraatın materiallarını “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir;

480.5.2. əlavə araşdırmanın aparılması üçün materialları müstəntiqə qaytarır;

480.5.3. cinayət işi üzrə icraata xitam verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver