QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 485

Maddə 485. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə birinci

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

instansiya məhkəməsində icraat

485.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə birinci instansiya məhkəməsində icraatda dövlət ittihamçısının və müdafiəçinin iştirakı məcburidir. Məhkəmə iclasına məhkəmə eksperti dəvət edilə bilər.

485.2. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs barəsində material üzrə məhkəmə istintaqı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların məhkəməyə göndərilməsi haqqında müstəntiqin qərarının elan edilməsi ilə başlanır və sonra məhkəmə sübutların tədqiq edilməsinə keçir.

485.3. Məhkəmə istintaqı qurtardıqda dövlət ittihamçısı nitqlə çıxış edir, müdafiəçinin fikri dinlənilir.

485.4. Bundan sonra qərarın çıxarılması üçün məhkəmə müşavirə otağına gedir və orada aşağıdakı məsələləri həll edir:

485.4.1. əməlin törədilib-törədilmədiyini;

485.4.2. əməldə cinayət tərkibinin olub-olmadığını;

485.4.3. həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilmədiyini;

485.4.4. şəxsin psixi xəstəliyə tutulub-tutulmadığını, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı;

485.4.5. şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmadığını və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyac olduğunu.

485.5. Şəxs psixi xəstəliyə Maddə 485. Cinayət törətdikdən sonra psixi xəstəliyə … dbirin tətbiq edilməsinə ehtiyacın olub-olmadığını və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyac olduğunu.

485.5. Şəxs psixi xəstəliyə məhkəmə baxışı mərhələsində tutulduğu halda məhkəmə, həmçinin iş üzrə icraatın dayandırılması haqqında məsələni həll etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver