QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 487

Maddə 487. Cinayət işi üzrə icraatın təzələnməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

487.1. Məhkəmə, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün göndərilməsi haqqında məsələni həll edir.

487.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tibb müəssisəsində olduğu vaxt şəxsin həbsdə saxlanıldığı müddətə daxil edilir LVI-I fəsil HÜQUQİ ŞƏXS BARƏSİNDƏ CİNAYƏT-HÜQUQİ TƏDBİRLƏRİN TƏTBİQ EDİLMƏSİ ÜZRƏ İCRAAT

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver