QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 487-2

Maddə 487-2. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

487-

2.1. Cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsinə dəlalət edən sübutlar müəyyən edildikdə müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vəsatətlə razılaşdıqda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edir. 487-

2.2. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaq, bu Məcəllənin 487-6.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bir icraatda aparılır. 487-

2.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini 24 saat ərzində hüquqi şəxsə göndərir. 487-

2.4. Hüquqi şəxs barəsində cinayət-hü Maddə 487-2. Hüquqi şəxs barəsində cinayət-hüquqi … in tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini 24 saat ərzində hüquqi şəxsə göndərir. 487-

2.4. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilir. 487-

2.5. Hüquqi şəxs onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini aldığı vaxtdan 24 saat ərzində nümayəndəsini təyin etməli və bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. 487-

2.6. Bu Məcəllənin 487-2.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə hüquqi şəxsin nümayəndəsi təyin edilmədikdə müstəntiq hüquqi şəxsin təsisçisi, rəhbəri və ya digər vəzifəli şəxslərdən birinin hüquqi şəxsin nümayəndəsi kimi tanınması barədə qərar qəbul edir və onun surətini dərhal hüquqi şəxsə göndərir. Hüquqi şəxs həmin nümayəndəni icraatın istənilən mərhələsində dəyişmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver