488.1. Cinayət işlərinə dair hüquqi yardım (bundan sonra "hüquqi yardım" adlanacaq) və ekstradisiya məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə, “ Cinayət işlərinə dair hüquqi yardım haqqında ” və “ Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında ” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənir.
488.2. Hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “ Cinayət işlərinə dair hüquqi yardım haqqında ” və “ Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında ” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.
488.3. Bu müddəalar beynəlxalq məhkəmə orqanları ilə əməkdaşlıq edilməsi məsələlərinə şamil olunmur.