QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 497

Maddə 497. Verilməsi xahişi ilə əlaqədar həbs edilmiş şəxsin azad edilməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

497.1. Verilməsi məqsədi ilə tutulmuş şəxs tutulduğu andan 48 saat müddətində həbs edilmədikdə, yaxud bu Məcəllənin 495.3-cü maddəsinə müvafiq olaraq tutulmuş şəxs həmin müddətdə Azərbaycan Respublikasının cinayət təqibi orqanına həmin şəxsin verilməsi xahişi ilə rəsmi müraciət daxil olmadığı halda azad edilməlidir.

497.2. Verilməsi haqqında qərar qəbul edilənədək həbsə alınmış şəxs Azərbaycan Respublikasının cinayət təqibi orqanı onun verilməsinin qeyri-mümkünlüyü və ya verilməsindən imtina haqqında qərar qəbul etdikdə, yaxud həbs qətimkan tədbirinin bu Məcəllə ilə müəyyən edilən müddəti başa çatdıqda və uzadılmadıqda dərhal azad edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver