QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 507

Maddə 507. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

507.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir.

507.2. Təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun cəzadan azad edilməsi haqqında məhkəmənin hökmünün icrası barədə hakimin göstərişi hökm elan edildikdən dərhal sonra verilir. Belə halda məhkəmə iclası zalında olan təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir.

507.3. Hökm elan edildikdən sonra hakimin göstərişi ilə aşağıdakı hallarda təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir:

507.3.1. şəxs cəza təyin edilmədən məhkum edildikdə;

507.3.2. şəxs azadlıqdan məhrum etməyə şərti və ya hökmün icrası təxirə salınmaqla məhkum edildikdə;

507.3.3. şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə;

507.3.4. şəxs tutulma və ya qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində həbsdə olduğu və ya apellyasiya, yaxud kassasiya qaydasında ləğv edilmiş qərar əsasında həmin cinayət işi üzrə cəza çəkdiyi müddəti aşmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edildikdə.

507.4. Hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişi hökm və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə göndərilir. Hakimin göstərişi ilə birlikdə, həmçinin məhkəmənin müvafiq Maddə 507. Hökmün və ya məhkəmənin … ldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə göndərilir. Hakimin göstərişi ilə birlikdə, həmçinin məhkəmənin müvafiq hökmünün və ya digər yekun qərarının surəti göndərilir.

507.5. Hökmün icra edilməsi haqqında göstərişlə eyni zamanda hakim həbsdə olan və azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin razılığı ilə onun ailəsinə hökmün icraya yönəldilməsi barədə məlumat verir.

507.6. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, hakim məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimatı və məhkəmə hökmünün surətini müvafiq icra hakimiyyəti orqanına göndərir, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surətini icra olunması üçün həmin orqana göndərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver