QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 517

Maddə 517. Məhkumluğun vaxtından əvvəl götürülməsi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

517.1. Məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir:

517.1.1. şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində—hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi;

517.1.2. xəstəliyə görə cəza çəkməkdən azad edilmiş və ya cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində—cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi;

517.1.3. müxtəlif cəza növlərinə məhkum edilmiş digər şəxslər barəsində cəza çəkənin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi.

517.2. Məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.

517.3. Məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver