QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 529

Maddə 529. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

529.1. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı və ya siyahıya daxil edilmiş fiziki şəxsin və ya qurumun, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxsin müraciəti əsasında ölkədaxili siyahıya daxil edilmə barədə qərarı qəbul etmiş müvafiq məhkəmənin qərarı ilə fiziki şəxs və ya qurum ölkədaxili siyahıdan çıxarılır.

529.2. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatda və ya müraciətdə aşağıdakılar göstərilir:

529.2.1. onun tərtib edildiyi tarix, vaxt və yer;

529.2.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

529.2.3. siyahıdan çıxarılacaq fiziki şəxsin və ya qurumun eyniləşdirmə məlumatları;

529.2.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən məlumat;

529.2.5. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

529.3. Təqdimat və ya müraciətə ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər, təqdimata isə həmçinin ölkədaxili siyahıya daxil edilmə barədə qərarın surəti əlavə edilir. Fiziki şəxs və ya qurum xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edilibsə, sorğu göndərən dövlətin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması i Maddə 529. … orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edilibsə, sorğu göndərən dövlətin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması ilə bağlı sorğusu da təqdimata əlavə edilir.

529.4. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimat və ya müraciətə bu Məcəllənin 528-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver