QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 54

Maddə 54. Cinayət təqibi üzrə icraatın başa çatdırılması

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

54.0. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır:

54.0.1. cinayət təqibi üzrə icraata tam xitam verilməsi barədə qərar qüvvəyə mindikdə;

54.0.2. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə;

54.0.3. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edildikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi təsdiq olunduqda. IV-I fəsil Prosessual sənədlərin rəsmi qaydada verilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver